Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 15:04

10-cu platformanın rəisi: Sarsıntılar hələ var


"Yanğın birbaşa platformanın ortasına yayıldı"
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

"Yanğın birbaşa platformanın ortasına yayıldı"

-

Dekabrın 4-də «Günəşli» yatağının 10-cu platformasında baş verən yanğın nəticəsində ağır xəsarət alan platforma rəisi Allahverdi Məmmədovun səhhəti normaldır.

Bu barədə Trend-ə Allahverdi Məmmədovun özü məlumat verib.

Onun dediyinə görə, dünən səhhəti ilə bağlı yenidən psixoloq dəvət edilib və onunla şəxsən maraqlanıb: «Sarsıntılar hələ var. Psixoloq bir müddət sakitlik məsləhət gördü. Amma, ümumi vəziyyətimdə çox irəliləyişlər var».

A.Məmmədov bildirib ki, artıq bu gündən gəzməyə başlayıb. Həkimlər onun gün ərzində 5-10 dəqiqə gəzməsini məsləhət görüblər.

Hazırda stasionar müalicədə olan 12 xəstənin vəziyyəti tam normaldır və həyatlarına təhlükələri yoxdur. Hadisə nəticəsində xəsarətləri az olan və öz xahişləri ilə ambulator müalicəyə göndərilən pasiyentlərdən isə hələlik xəstəxanaya müraciət edən yoxdur.

Dekabrın 4-də «Günəşli» neft yatağının 10-cu platformasında baş verən yanğın zamanı 33 neftçi xilas edilib. Xilasedici qayıqlardan birinin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub, 29 neftçi isə itkin düşüb. 6 neftçinin meyiti tapılaraq ailələrinə təhvil verilib.

XS
SM
MD
LG