Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:11

Khodorkovsky:"İnqilab lazımdır"


Mikhail Khodorkovsky

“Prezident Vladimir Putin ölkədə konstitusiyaya qarşı çevriliş edib və demokratiya və hüquqi dövlətə dönmək üçün inqilab lazımdır”.

Bunu “Açıq Rusiya” hərəkatının təsisçisi və YUKOS şirkətinin keçmiş rəhbəri Mikhail Khodorkovsky dekabrın 9-da Londonda keçirdiyi mətbuat konfransında deyib.

Amma o qeyd edib ki, bu inqilab dinc yolla həyata keçirilməlidir.

Khodorkovsky ölkədə qəbul edilən qanunların qanunsuz olduğunu bildirib və buna etiraz etməyə çağırıb.

Khodorkovsky həmçinin Nefteyuqansk meri Vladimir Petuxovun ölümündə əli olması ilə bağlı ittihamları rədd edib.

O deyib ki, hakimiyyət bununla kündəmi dəyişməyə cəhd edir və “Açıq Rusiya” hərəkatının fəaliyyəti Rusiya hakimiyyətini qıcıqlandırır.Khodorkovsky 2013-cü ildə Rusiyada həbsdən azad edilib və hazırda Avropada yaşayır.

XS
SM
MD
LG