Kiyev məhkəməsi iki azərbaycanlını 2014-cü il “Maydan” hərəkatında fəallara hücuma görə həbs edib.
Onların adları açıqlanmır.
Obolon rayon məhkəməsi dekabrın 9-da onların hər birini xuliqanlıq, qarətçilik, hücumlar və ölümlə hədələmə maaddələri ilə 4 il azadlıqdan məhrum edib.
Amma onlardan birinə çıxarılmış hökmün 3 illik dondurulub.
Müstəntiqlərin sözlərinə görə onlar 2014-cü ildə meydanda avropapərəst iki fəalı amansızcasına döyüb, onlardan birini qarət edib, digərini isə 2 saat əsir saxlayıblar.
Onlar həmçinin başqa bir nəfəri döyüb və ölümlə hədələyiblər.