-
Ermənistanda istefada olan zabit Azərbaycanın xeyrinə casusluqda ittiham olunaraq saxlanıb.
Milli Təhlükəsizlik Xidməti dekabrın 9-da bildirib ki, istefada olan 38 yaşlı mayor Garik Marutian ölkənin silahlı qüvvələrində kəşfiyyat zabiti işlədiyi dönəmdə Azərbaycana gizli məlumat ötürməkdə şübhəli bilinir.
Marutian-a dövlətə xəyanət ittihamı irəli sürülüb və təqsiri sübuta yetirilsə, 15 ilədək həbs cəzası ala bilər.
1990-cı illərin əvvəllərində Ermənistanın dəstəklədiyi separatçılar Dağlıq Qarabağ və ətraf rayonları ələ keçirib.
Müharibədə 30 minədək insan həlak olub.