Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:40

«Şahidlər Mirqədirova qarşı ifadə vermədi»


R.Mirqədirovun anası: "Ümid edirəm, uşağın işi qənatbəxş olacaq"
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

R.Mirqədirovun anası: "Ümid edirəm, uşağın işi qənatbəxş olacaq"

-

Dekabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun məhkəməsi davam edib. Proses qapalı keçirilib.

Rauf Mirqədirovun vəkili Fuad Ağayevin dediyinə görə, şahidlərin dindirilməsi başa çatsa da, hələ ki, məhkəmə istintaqı yekunlaşmayıb. Vəkil deyib ki, şifahi vəsatətlər qaldırılıb. Şahidlər arasında Rauf Mirqədirovun əleyhinə ifadə verən olmayıb.

Fuad Ağayevin sözlərinə görə, onlarda jurnalistə verilən ittihamların əsassızlığını sübut edən dəlil və sübutlar var: «Onları da növbəti prosesdə məhkəməyə təqdim edəcəyik».

Növbəti proses dekabrın 14-də keçiriləcək.

R.Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. R.Mirqədirov ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Jurnalistlə bağlı istintaqı Milli Təhlükəsizlik Nazirliyi aparıb.

XS
SM
MD
LG