Keçid linkləri

2026, 13 Sentyabr, bazar, Bakı vaxtı 15:38

Qazaxda mərmi partlayıb

Təcili yardım.
Təcili yardım.

-

Qazax rayonunda mərmi partlaması nəticəsində 16 yaşlı şəxs yaralanıb.

Qazax rayon Diaqnostika Mərkəzindən APA-ya verilən məlumata görə, rayonun Quşçu Ayrım kənd sakini, 1999-cu il təvəllüdlü Tural Sadıqov sol əlin didilmiş-dağılmış odlu silah xəsarəti və döş qəfəsinin qəlpə yarası ilə mərkəzə yerləşdirilib. Yaralıya dərhal tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Valideynlərinin dediyinə görə, T.Sadıqov erməni hərbçilərin atdığı, evin həyətinə düşən mərmini götürən zaman mərmi partlayıb və xəsarət alıb.

This item is part of
XS
SM
MD
LG