Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:52

İranda "Son oxuduğun kitab" kampaniyası


İranın kitab jurnalistləri kəndlərə kitab paylayırlar
İranın kitab jurnalistləri kəndlərə kitab paylayırlar

-

İranın tanınmış aktyorları, müğənniləri, şairləri və radio aparıcıları "Mən kitab oxuyuram" adı ilə keçirilən bir kampaniyaya qoşulurlar.

Bu kampaniyanın qaydasına görə, peşəsindən asılı olmayaraq, hər kəs oxuduğu son kitabdan bir səhifəni səsli oxuya, səsini qeydə ala və 16 dekabra qədər "Radio İran"a göndərə bilər.

Səs qeydləri həftə içi hər gün bu radionun ''Kafe Honar'' (Sənət kafesi) proqramında yayımlanır. Kampaniya 2016-cı ilin mayına qədər davam edəcək.

XS
SM
MD
LG