Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:17

Avtobusları GPS-lə izləmək olar


-

Dekabrın 8-dən Bakı Beynəlxalq Avtovağzalında şəhərlərarası və beynəlxalq sərnişindaşıma fəaliyyəti göstərən avtobuslarda yeni GPS izləmə cihazının quraşdırılmasına başlanılıb.

Bu barədə AzadlıqRadiosuna Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bu sistem nəqliyyat vasitəsinin olduğu ərazi, hərəkətin sürəti, yanacağın sərfiyyatı və s. barədə məlumatı real vaxt rejimində dispetçer mərkəzinə ötürür.

İşlər yekunlaşdıqdan sonra sərnişinlər Bakı Beynəlxalq Avtovağzalının saytına daxil olaraq şəhərlərarası və beynəlxalq sərnişindaşıma sahəsində xidmət göstərən avtobusların çatma vaxtı ilə bağlı məlumat əldə edə biləcəklər.

XS
SM
MD
LG