Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 17:21

İŞİD-ə üzvlükdə ittiham olunana 17 il istənildi

Hakim
Hakim

-

2013-2015-ci illərdə Suriyada İŞİD-in tərkibində Bashar al-Assad hakimiyyətinə qarşı döyüşməkdə ittiham olunan Elşən Adilovun məhkəməsi yekunlaşmaq üzrədir. Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə artıq məhkəmə istintaqı başa çatıb.

Rauf Əliyevin sədrliyi ilə dekabrın 7-də keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı müttəhimin 17 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.

Məhkəmə prosesi dekabrın 14-də Elşən Adilovun son sözüylə davam edəcək.

Elşən Adilov silahlı birləşmələrin tərkibində döyüşməklə ölkə qanunvericiliyini pozmaqda təqsirli bilinir.

This item is part of
XS
SM
MD
LG