Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:23

«Azpetrol»un baş direktoru istefa verib


Azpetrol
Azpetrol

-

«Azpetrol» şirkətinin baş direktoru Hüseynağa Rəhimov istefa verib.

Bu haqda şirkətin məlumatında deyilir.

«H.Rəhimov elmi fəaliyyətini davam etdirmək məqsədilə öz xahişi ilə tutduğu vəzifədən azad edilib».

Hazırda «Azpetrol» Azərbaycanda ən geniş yanacaqdoldurma şəbəkəsinə malikdir. Şirkətin 78 yanacaqdoldurma və 5 qazdoldurma stansiyası var.

«Azpetrol» 1998-ci ildə yaradılıb. H.Rəhimov 2005-ci ildən şirkətin baş direktoru olub.

XS
SM
MD
LG