Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 20:10
TV-lər arxiv fotosu
TV-lər arxiv fotosu

AzadlıqLive - Televiziyalarda Azərbaycan dili - Monitorinqin nəticələri

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

14:27 9.12.2015

Şah İranı ilə İlham Əliyev Azərbaycanı arasında oxşarlıq

eurasianet.org saytında Eldar Məmmədov noyabrın sonunda baş vermiş Nardaran hadisələrinə təhlil edir.

“Şah erasındakı İranla indiki Əliyev Azərbaycanının oxşarlığı çoxdur. Neft hesabına rifah bir müddət nisbi sosial sabitlik yaratsa da, neftin qiymətinin düşməsindən dolayı iqtisadi azalma bu rejimləri sosial narazılıqla üz-üzə qoyur. Təsadüfi deyil ki, İranda inqilab məhz belə bir böhran zamanı baş verib. Azərbaycanda İslam inqilabı yetişməsə də, ölkənin dərinləşən iqtisadi problemləri daha artıq dərəcədə sosial gərginlik yaratmaqdadır”.

“Nardaran Azərbaycan iqtisadi və sosial modelinin yanlışlarını göstərən mikrokosm, kiçik aləmdir. Azərbaycanın beşulduzlu otellər və dəb şouları ilə par-par yanan paytaxtı Bakıdan 40 km-lik məsafədə yerləşən Nardaran kasıb kənddir, gəncləri işsizdir, sosial həyatı yoxdur. Düzdür, Azərbaycan şiəliyin mərkəzidir. Ancaq yerli sakinlərin əsas incikliyi heç də inanc, yaxud hicab qadağaları ilə bağlı deyil. Onlar yaxşı həyat şəraitlərinin olmamasından gileylənirlər”.

15:03 9.12.2015

10-cu sinif şagirdinin ağzından 18 sm uzunluğunda soxulcan çıxıb

AMEA Zoologiya İnstitutu bildirir ki, institutun “Helmintologiya” laboratoriyasına valideyn müraciət edib və aparılan tədqiqatlar nəticəsində məktəblinin orqanizmində soxulcan (yağış qurdu) aşkar edilib. 10-cu sinif şagirdinin ağzından 18 sm uzunluğunda qurd (helmint) çıxıb, təyinat üçün laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Qara Fətəliyevə təqdim edilib. Araşdırmalar zamanı bu qurdun parazitlik edən helmint (qurd) yox, torpaqda yaşayan soxulcan olduğu təsdiqlənib. Xəstə dindirilərkən hazırda onun mədə - bağırsaq sistemində çoxlu sayda “qurdların” müxtəlif istiqamətlərə hərəkət etdikləri müəyyən olunmuşdur. Q.Fətəliyev bildirir ki, "bir neçə il bundan əvvəl də NZS qəsəbəsində bizə müraciət edən 7-ci sinif şagirdinin ağzından 8 soxulcan xaric olunub."

15:35 9.12.2015

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus azadlığa buraxıldı.

Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Vüqar Məmmədovun sədrlik etdiyi məhkəmə iclasda Leyla Yunusun şərti olaraq azadlığa buraxılması barədə qərar qəbul olunub. Leyla Yunus məhkəmə zalından azadlığa buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb.

Apellyasiya Məhkəməsinin noyabrın 12-də keçirilən prosesində həbs-qətimkan tədbirini dəyişdirib, ondan başqa yerə getməməklə bağlı iltizam alıb. Bundan sonra A. Yunus məhkəmə zalından azadlığa buraxılıb.

16:18 9.12.2015

Leyla Yunusun qızına məxsus evin müsadirə olunması barədə qərar da ləğv edilib

Davamı

XS
SM
MD
LG