Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:08
TV-lər arxiv fotosu
TV-lər arxiv fotosu

AzadlıqLive - Televiziyalarda Azərbaycan dili - Monitorinqin nəticələri

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

13:41 11.12.2015

Nardaranda Hüseyniyə məscidi bağlandı

Nardaran qəsəbəsində yerləşən Rəhimə xanım ziyarətgahının «Hüseyniyə» məscidi bağlanıb.

Bu barədə Trend-ə Nardaran sakinləri məlumat verib.

Sakinlər bildiriblər ki, məscid Nardaran ziyarətgahının axundu Hacı Nuhbala Rəhimovun həbsindən sonra bağlanılıb. Məlumata görə, özünü «Müsəlman birliyi hərəkatı» adlandıran qurumun üzvləri bu məsciddə namaz qılırmış.

Hacı Nuhbala Rəhimov Nardaran hadisələrində təqsirli bilinərək barəsində Sabunçu rayon Məhkəməsinin qərarı ilə 12 sutkalıq həbs-qətimkan tədbiri seçilib.

13:13 11.12.2015

Cahangir Hacıyev 400 milyondan 200 milyonu qaytarıb

"Cahangir Hacıyevin içəridə olması bu məsələnin həllinə maneə yaradacaq. O, azadlıqda ikən 400 milyonluq vəsaitin 200 milyondan artığının banka qaytarılmasına nail olub. Öz əlaqələri, kanalları vasitəsilə bunu edib, bəzi sübutlar xaricdədir, indi istintaq təcridxanasında saxlanması onun bu işi başa çatdırmasına imkan vermir. O, həbs ediləndən sonra bir manat da olsun geri qayıtmayıb."- bunu Beynəlxalq Bankın keçmiş sədri, hazırda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanan Cahangir Hacıyevin vəkili Aqil Layıcov AzadlıqRadiosuna deyir

13:00 11.12.2015

Təbrizdə etiraz aksiyası

İrandan alınan xəbərlərdə deyilir ki, dekabrın 10-da Təbrizdə Azərbaycan Respublikasının konsulluğu qarşısında “Nardaranda şiələrin öldürülməsinə” etiraz olaraq aksiya keçirilib.

Onlarca etirazçı əllərində “Nardaran şəhidləri” kimi plakatlarla Azərbaycan hökumətini ittiham edib.

12:59 11.12.2015

BMT Azərbaycanı işgəncələrə görə tənqid edir

Azərbaycan hökuməti son bir neçə ildə təcridxanalarda yüzlərlə işgəncə iddiasına baxmayaraq, bircə işgəncə halını belə araşdırmayıb. «Human Rights Watch» insan haqları təşkilatının dekabrın 11-də yaydığı bəyanatda BMT-nin bu barədə yeni hesabatından bəhs olunur.

Hesabatda Azərbaycanın İşgəncəyə qarşı Konvensiyaya necə əməl etməsi araşdırılıb və üzə çıxıb ki, hökumət işgəncələrə dair etibarlı və davamlı iddiaları yoxlamayıb. Hesabat Azərbaycan hökumətini ədalətsizcəsinə həbs olunmuş insan haqları müdafiəçilərini azadlığa buraxmağa çağırır.

Davamı

XS
SM
MD
LG