Şah İranı ilə İlham Əliyev Azərbaycanı arasında oxşarlıq
eurasianet.org saytında Eldar Məmmədov noyabrın sonunda baş vermiş Nardaran hadisələrinə təhlil edir.
“Şah erasındakı İranla indiki Əliyev Azərbaycanının oxşarlığı çoxdur. Neft hesabına rifah bir müddət nisbi sosial sabitlik yaratsa da, neftin qiymətinin düşməsindən dolayı iqtisadi azalma bu rejimləri sosial narazılıqla üz-üzə qoyur. Təsadüfi deyil ki, İranda inqilab məhz belə bir böhran zamanı baş verib. Azərbaycanda İslam inqilabı yetişməsə də, ölkənin dərinləşən iqtisadi problemləri daha artıq dərəcədə sosial gərginlik yaratmaqdadır”.
“Nardaran Azərbaycan iqtisadi və sosial modelinin yanlışlarını göstərən mikrokosm, kiçik aləmdir. Azərbaycanın beşulduzlu otellər və dəb şouları ilə par-par yanan paytaxtı Bakıdan 40 km-lik məsafədə yerləşən Nardaran kasıb kənddir, gəncləri işsizdir, sosial həyatı yoxdur. Düzdür, Azərbaycan şiəliyin mərkəzidir. Ancaq yerli sakinlərin əsas incikliyi heç də inanc, yaxud hicab qadağaları ilə bağlı deyil. Onlar yaxşı həyat şəraitlərinin olmamasından gileylənirlər”.
Natiq Kərimov ifadə verir
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Baş Prokurorluqda ifadə verir. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosuna bildirib ki, Nardaran hadisələri ilə bağlı Natiq Kərimovun ifadəsi alınır.
Natiq Kərimovun oğlu Kamran Kərimov APA-ya bildirib ki, atası həkimə gedərkən polis postunda saxlanılıb.
Noyabrın 26-da polis Bakının Nardaran qəsəbəsində əməliyyat keçirib, ikisi polis əməkdaşı olmaqla 7 nəfər ölüb, yaralılar və həbs olunanlar var.
Nardaranda Natiq Kərimov saxlandı
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bu gün Nardaran qəsəbəsində qurulan postda saxlanılıb.
Bu barədə Nardaran sakinləri AzadlıqRadiosuna məlumat veriblər.
Natiq Kərimovun hansı polis idarəsinə aparıldığı bilinmir.
"Bank of Baku" neftçilərin kreditini bağışladı
“Günəşli” neft yatağında yanğında həyatını itirən və itkin düşən neftçilər arasında, “Bank of Baku”nun11 daimi müştərisi də olub.
Bankdan verilən məlumata görə, bank həyatını itirmiş və itkin düşmüş neftçilərin ailələrinə dəstək məqsədi ilə, həmin neftçilərin bankda mövcud olan bütün kredit borclarını bağışlayıb.
Həmin yanğında 7 nəfər həlak olub, 20-dən çox neftçi itkin düşüb. 33 nəfər xilas edilib.