Yanğını söndürməyə gələn gəminin kapitanı vəfat etdi
Dekabrın 4-də Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün qəza ərazisinə ilk yaxınlaşan “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri vəfat edib.
Media məlumatlarına görə, son günlərin ağır və gərgin iş rejimi ilə ekstremal şəraitdə yanğınsöndürmə əməliyyatında qəhrəmancasına iştirak edən daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç dekabrın7-də xidmətdə olduğu zaman səhhəti qəfil pisləşib. Sabunçu rayonundakı 3 saylı Şəhər xəstəxanasına yerləşdirilən komandir həkimlərin səylərinə baxmayaraq bu gün xəstəxanada ürək çatışmazlığından vəfat edib.
Kryuçkov Vyaçeslav Sergeyeviç 22 mart 1970-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dənizçilik Məktəbini bitirib. 17 sentyabr 1991-ci ildən yanğından mühafizə orqanlarında xidmət edib, 10 noyabr 2008-ci ildən isə “Vixr-9” yanğınsöndürmə gəmisinin kapitanı vəzifəsində çalışıb. İki övladı var.
Bakıda pulsuz Meksika filmləri
Bakıda Meksika Kinosu Günlərinin açılışı ilə bağlı dekabrın 8-də saat 12:00-da Nizami Kino Mərkəzində “Makario” filmi göstəriləcək.
Dekabrın 9-da saat 12:00-da “Ümid var”, dekabrın 10-da saat 12:00-da “Varislər”, dekabrın 11-də saat 12:00-da isə “Mirvari” bədii filmləri göstəriləcək.
Filmlərin nümayişi dekabrın 11-ə qədər davam edəcək. Giriş sərbəstdir.
Bəs Gürcüstan?
carnegieeurope.eu saytında Judy Dempsey Monteneqronun NATO-nun 29-cu üzvünə çevriləcəyindən yazır:
«NATO-nun Monteneqronu sıralarına qəbul etmək qərarı regiondakı digər ölkələrə belə bir siqnal göndərir ki, alyans genişlənməyə açıqdır. Ancaq Monteneqro kimi yüksək korrupsiyaya uğramış ölkənin qəbulu həm də mənfi siqnal verir».
«Monteneqroda hüququn aliliyi sahəsində çatışmamazlıqlar, zəif idarəçilik, mediaya artan hücumlar NATO-nun demokratik dəyərlərə sadiqliyini zərbə altında qoyur. Avropa Komissiyası illik hesabatında ölkənin demokratik institutlarının hökumət təzyiqinə necə məruz qalmasından bəhs edirdi. Ancaq bu da NATO-nun qərarına təsir göstərə bilmədi».
«İndi ki, Monteneqronun gələcək təhlükəsizliyini NATO təmin edəcək, bəs Gürcüstanın gələcəyi necə olsun? Gürcüstan illərdir NATO-ya qoşulacağı günü gözləyir. Gürcüstanda bu üzvlüyə böyük dəstək var, baxmayaraq ki, Monteneqroda ictimaiyyətin azı 1/3-i NATO üzvlüyünə qarşı çıxır».
Müəllif Gürcüstanın müdafiə qüvvələrini modernləşdirməsinə, ordu üzərində güclü və şəffaf ictimai nəzarət qurmasına diqqət çəkir. Ölkə korrupsiyanı dəf edib. NATO missiyalarına töhfəsini verib.
Prezident dövlət qurumlarına nə tapşırdı?
«Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında» qanununun tətbiqi barədə prezidentinin fərmanında hökumətə və dövlət qurumlarına bir sıra islahatların aparılması tapşırılıb.
KREDİTOR BORCLAR TƏNZİMLƏNƏCƏK
KƏND TƏSƏRRÜFATININ MALİYYƏLƏŞDİRİLMƏSİ ŞƏFFAFLAŞMALIDIR
AZƏRBAYCANIN DÖVLƏT BORCLANMASI ARTACAQ
ÖZƏLLƏŞDİRMƏ VƏ İDARƏETMƏ TƏKMİLLƏŞƏCƏK
ƏMANƏTLƏRİN QORUNMASI MEXANİZMİ
MƏCBURİ KÖÇKÜNLƏRƏ YARDIM MEXANİZMİ TƏKMİLLƏŞƏCƏK