Keçid linkləri

Təcili xəbərlər
2021, 18 İyun, Cümə, Bakı vaxtı 18:06

Ermənistanda konstitusiya islahatına “hə”


Polis MSK-ya aparan küçəni bağlayıb, 7 dekabr, 2015-ci il

-

Ermənistan Mərkəzi Seçki Komissiyası bildirir ki, ilkin nəticələr seçicilərin konstitusiyaya dəyişikliklərə səs verdiyini göstərir. Bu dəyişiklər nəticəsində Ermənistanın prezident sistemindən parlament sisteminə keçəcəyi gözlənir.

Dekabrın 6-da keçirilmiş referendumda bülletenlərin 93 faizi sayılıb. Rəsmi məlumata görə, 63.5 faiz dəyişikliklərin lehinə səs verib. İslahatı prezident Serzh Sarkisian təklif edib.

Müxalifətin fikrincə, məqsəd Sarkisian-ın 2018-ci ildə prezidentliyi bitəndən sonra da hakimiyyətdə qalmasını təmin etməkdir.

Müxalifətin Ermənistan Milli Konqresi komissiyanın ilkin nəticələrini rədd edib. Müxalifət səsvermə günü ciddi pozuntuların olduğunu bəyan edir.

XS
SM
MD
LG