Keçid linkləri

Təcili xəbərlər
2023, 23 Mart, Cümə axşamı, Bakı vaxtı 15:48

Fransa seçkilərində millətçilərin uğuru


Fransa Milli Cəbhə Partiyasının lideri Marine Le Pen

Milli Cəbhə Partiyası ölkəyə, xüsusilə də müsəlman ölkələrindən mühacirətə qarşı çıxır.

Fransanın ifrat sağçı – Milli Cəbhə (FN) Partiyası exit-poll nəticəsinə görə regional seçkilərdə böyük uğur qazanıb.

Partiyanın Fransanın 13 bölgəsindən ən azı 6-da qalib gələcəyi gözlənilir.

Müşahidəçilər bildirirlər ki, 130 nəfərin həyatına son qoymuş Paris basqınları millətçilərin seçki uğurlarına qəfil təkan verib.

Keçmiş prezident Nikolas Sarkozy-nin mərkəz-sağçı Respublika Partiyası ikinci, hakim sosialistlər üçüncü yerdədirlər.

Patiyanın lideri Marine Le Pen və onun qardaşı qızı Marion Marechal-Le Pen səslərin 40 faizinə sahiblənə biliblər.

Nicolas Sarkozy seçkinin ikinci dövrəsində sosialistlərlə hər hansı sövdələşməni istisna edib.

Milli Cəbhə Partiyası ölkəyə, xüsusilə də müsəlman ölkələrindən mühacirətə qarşı çıxır.

Prezident Hollande-ın şəxsi reytinqi 30 faiz artaraq 50 faizə çatsa da, onun sosialist partiyası populyarlığını itirməkdə davam edir.

XS
SM
MD
LG