Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:22

Zəhərli zibilə görə kənd köçürülür


Qazaxıstan- arxiv foto
Qazaxıstan- arxiv foto

-
Qazaxıstanın şimal-qərbindəki Beryozovka kəndindən ilk dörd ailə köçürülüb. Təxminən bir il əvvəl buradakı məktəbdə 26 tələbə huşunu itirdiyi üçün xəstəxanaya aparılmışdı.

Beryozovka sakinləri artıq bilirlər ki, bunun səbəbi yaxınlıqlakı Karaçaqanakdakı qaz və kondensat sahəsidir.

Bu müddət ərzində qazax rəsmiləri hidrokarbon sahəsinin 5 km-dəki Beryozovkada məskunlaşan sakinlərin səhhəti ilə bağlı problemlərə Karaçaqanakdakı 1,3 trilyon kub metr qazın və 1 milyard tondan artıq neft və neft kondensatının səbəb ola biləcəyi barədə iddiaları rədd edib.

Qazaxıstan hakimiyyəti ərazidə tədqiqat aparıb və bu tədqiqatın nəticələrinə görə, sakinlər hidrogen sulfid, metilen xlor, karbon ikikükürdlü və 20-dən çox digər zəhərli maddələrin olduğu Karaçaqanakdan –zəhərli tullantıların olduğu zonadan kənardadır.

Amma tələbə və Beryozovka-nın digər sakinlər bu tullantıların ciddi səhhət problem yaratması fikrində qəti idilər.

“Hakimiyyət köçürməni gizli saxlayır”

Nəhayət, hakimiyyət əhalinin köçürülməsinə razılaşıb. Kəndin 1600-dən çox sakini var.

Beryozovka sakinləri AzadlıqRadiosuna deyiblər ki, onlar dörd ailənin köçürüldüyünü eşidiblər.

Kənd sakini Nina Korolenko şikayətlənir ki, hakimiyyət öncə zəhərlənməyə məruz qalan uşaqları köçürəcəyinə söz vermişdi. Onun sözlərinə görə, hakimiyyət köçürmə prosesini gizli saxlayır və qonşu Aqsay şəhərinə köçürülən ailələrin uşaqları arasında zəhərlənən olmayıb.

Ötən il xəstələnən yeniyetmə Albina İskakova yenə də özünü bir –iki həftədir ki, pis hiss edir.

Anası Aliya Mukangalieva deyir ki, Albina dərman içir, iynə vurdurur, amma yenə də mütəmadi onda başgicəllənməsi olur, hərdən huşunu itirir.

Mukangalievanın sözlərinə görə, o da köçürülmə ilə bağlı məlumatlandırılmayıb.

Rəsmilər bu il dekabrın axırına qədər 80 ailənin köçürüləcəyini deyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG