Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 15:21

Əfqanıstan taliblərinin lideri Mullah Akhtar Mansurun taleyi qeyri-müəyyən olaraq qalır.

Xatırladaq ki, dekabrın 1-də Taliban liderlərinin Pakistanda keçirilən görüşündə onunla yerli komandirlərdən biri və keçmiş “Quantanamo” məhbusu Mullah Abdullah Sardari arasında mübahisə, bundan sonra isə atışma düşüb.

Nəticədə Sardari və daha 4 talibançı ölüb, Akhtar Mansur isəağır yaralanıb.

Əfqanıstan hökuməti aldığı yaradan onun da öldüyünü istisna eləmir.

İnsident Kuetta şəhərinin yaxınlığında baş verib.

Taliban daxilində böyük parçalanma olması ilə bağlı məlumatları rədd edir.

Mansurun özü də hələ ki, insidentlə bağlı elə bir açıqlama verməyib.

Talibanın sözçüsü dekabrın 4-də bildirib ki, onun təhlükəsialiyi gücləndirildiyinə görə, yanına düşmək mümkün deyil.

Mansurun yaxınları onun fraksiyalararası mübahisə zəmnində baş verən atışmada yaralandığını təsdiqləyib.

XS
SM
MD
LG