Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Noyabr, Cümə, Bakı vaxtı 04:48

Xəzərdə 3 neftçi itkin düşüb


Foto arxiv

Dekabrın 4-də saat 12:30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə qəza baş verib.

SOCAR-ın rəsmi saytının məlumatına görə,güclü tufan estakadanın döşəməsi və yaşayış budkasını dənizə atıb.

Maşinist Cavad Xudaverdiyev, motorçularBəhmən Cəfərov və Rövşən Məmmədov hadisə vaxtı budkada olublar.

Hazırda onların axtarışı gedir.

Əməliyyata Fövqəladə Hallar Nazirliyinin vertolyotu vəXəzər Dəniz Gəmiçiliyinin yanğınsöndürən, dalğıc və yedək gəmiləri cəb olunub.

Multimedia

XS
SM
MD
LG