Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Vətəndaşlıq haqqında qanuna əlavələr edildi


Pasport
Pasport

-

Azərbaycanda terrorda iştirak etmək, Konstitusiya quruluşunu zorla dəyişdirməyə cəhd vətəndaşlığın itirilməsi ilə nəticələnəcək.

Dekabrın 4-də bununla bağlı «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» qanunun 18-ci maddəsinə yeni əlavələr (3-1, 3-2) olunub.

Əlavəyə görə, vətəndaş dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçərsə, düşmənçilik zəminində dini məzhəbləri yayarsa, dini ayinlər adı altında xaricdə dini münaqişələrdə iştirak edərsə, həmin fəaliyyətə digər şəxsi cəlb edərsə, yaxud bu məqsədlə silahlı qrup yaradarsa, vətəndaşlıqdan məhrum ediləcək.

XS
SM
MD
LG