Keçid linkləri

Təcili xəbərlər
2023, 23 Mart, Cümə axşamı, Bakı vaxtı 18:44

Məmmədyarov DTİHB direktoru ilə görüşüb


Elmar Məmmədyarov

-

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 3-də ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Michael G.Link ilə görüşüb.

Bu haqda XİN-nin yaydığı məlumatda deyilir ki, Məmmədyarov ATƏT DTİHB-nin Azərbaycandakı parlament seçkilərini müşahidə etməkdən imtinasının onun mandatına zidd olduğunu bildirib.

Bundan başqa, nazir qurumun atdığı addımın onun müstəqilliyi və qərəzsizliyini sual altına qoyduğunu söyləyib.

Elmar Məmmədyarov Büronun hansı prinsip və metodologiyaya əsasında bu cür mövqe tutmasının araşdırılmasının zəruriliyini diqqətə çatdırıb.

Michael G.Link ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun təşkilata üzv bütün dövlətlərlə əməkdaşlıq etməkdə maraqlı və hazır olduğunu bildirib, qurumun gələcəkdə bu istiqamətdə səylərini daha da artıracağını qeyd edib.

Azərbaycan müstəqillik qazandıqdan sonra birinci dəfəydi ki, ATƏT DTİHB seçkiləri izləmədi. Buna səbəb hakimiyyətlə qurumun müşahidəçilərin sayında razılaşmaması olub. Hakimiyyət qurumu qərəzli olmaqda ittiham edib.

XS
SM
MD
LG