Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:40

"Rus bukeri" mükafatının qalibi seçildi


-

Rusiyanın ən nüfuzlu roman mükafatı olan "Rus bukeri"nin 2015-ci il qalibi məlum oldu. Bu, yazıçı Aleksandr Snegiryovun "Vera" romanıdır.

Mükafatın kuratoru "bu seçimin sensasion olduğunu, hərçənd, bu müəllifi böyük gələcək gözlədiyinə heç kəsdə şübhə olmadığını" deyib.

"Vera" romanının baş qəhrəmanı Vera uşaq sahibi olmaq istəyir və bütün gücüylə uşağa ata tapmağa çalışır.

Aleksandr Snegiryov 1980-ci ildə doğulub. «Как мы бомбили Америку» (2007), «Нефтяная Венера» (2008), «Тщеславие» (2010), «Чувство вины» (2013) romanlarının müəllifidir. Bundan əvvəl bir sıra mükafatlar alıb.

"Vera" romanı "Drujba narodov" jurnalının 2015-ci il, 1-ci sayında da işıq üzü görüb.

"Rus bukeri" mükafatı 1992-ci ildən etibarən rus dilində hər ötən il nəşr olunan ən yaxşı romana görə verilir. Qalib 1,5 milyon rubl (222 min ABŞ dolları) pul mükafatı alır.

Mükafatın sponsoru Rusiyanın "ГЛОБЭКС" bankıdır.

Bu bank "Rus bukeri" mükafatının qalibindən əlavə, qısa siyahısına düşmüş əsərlərdən birini ingilis dilinə tərcümə etdirir və Britaniyada nəşrinə nail olur, nəşri baş tutmuş yazıçıya (bu il Alisa Qəniyeva) ayrıca 750 min rubl mükafat verir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG