Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 20:45

Cavusoglu SU-24 təyyarəsindən danışdı


Mevlut Cavusoglu

“Türkiyənin hava məkanını pozmuş “Su-24” təyyarəsinin vurulmasını “İslam Dövləti” qrupu ilə əlaqələndirmək lazım deyil.

“RİA Novosti”nin məlumatına görə, bunuTürkiyənin xarici işlər naziri Movlud Cavusoglu rusiyalı həmkarı Sergei Lavrovla görüşdən sonra deyib.

O qeyd edib ki, bu insidenti “İslam Dövləti” qrupuna qarşı ümumi mübarizə ilə əlaqələndirilməməlidir.

ATƏT Xarici İşlər nazirləri Şurasının Belqradda keçirilən toplantısı çərçivəsində baş tutan görüş 40 dəqiqə çəkib.

Bu Rusiya təyyarəsinin vurulmasından sonra tərəflər arasında ilk yüksək səviyyəli görüşdür.

Türkiyə hərbi-hava qüvvələrinin noyabrın 24-də Suriya sərhədi yaxınlığında Rusiya təyyarəsini vurması iki ölkə arasındakı münasibətləri kəksin şəkildə korlayıb.

Rusiya buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.

Ankara təyyarənin onun hava hüdudlarını pozduğunu deyir.

Rusiya isə təyyarənin Suriya ərazisində vurulduğunu deyir.

XS
SM
MD
LG