Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 23:48

Dekabrın 4-də Bakı və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, gecə və səhər yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 5-7 dərəcə isti olacaq.

Bölgələrdə də arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Güclü qərb küləyi əsəcək.

Gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

XS
SM
MD
LG