Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 00:46

"Gülüstan" kitabının imza günü olacaq


-

5 dekbar saat 18-dən 19-dək Bakıda Fəvarələr bağında yazıçı Şərif Ağayarın yeni çapdan çıxmış “Gülüstan” romanının imza mərasimi keçiriləcək.

“Qanun” nəşriyyatının kitab yarmarkası çərçivəsində keçirilən tədbirdə yazıçının qələm dostları, yazarlar, media nümayəndələri iştirak edəcəklər.

Həmçinin oxucular Ş.Ağayarın “Qanun” nəşriyyatında çap olunmuş digər kitablarını da endirimli qiymətlə əldə edəcəklər.

Şərif Ağayar yeni çap olunmuş “Gülüstan” romanı haqda OxuZalına demişdi:

"Torpağını itirib geniş və isti çöllüklərə səpələnən insanları toplayıb Gülüstan adlı qəsəbə salırlar və həmin insanlara cənnət vəd edirlər. Ancaq hadisələrin gedişi bu mühitin cənnət yox, əslində cəhənnəm olduğunu göstərir.

Adəm və Həvva əhvalatı ilə mətnlərarası əlaqə üzərində qurulan süjet Adil (ləqəbi Adəm) adlı gənc müəllimin qəsəbəyə gəlməsi ilə başlayır və qəsəbə insanlarının tanıdılması ilə davam edərək, aşağı təbəqə insanlarının gülüstan vədi altında həyata keçirilən istibdada silahlı etirazı ilə yekunlaşır."

XS
SM
MD
LG