Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Azərbaycan hərbçisi həlak olub


Foto ilüstrasiya.
Foto ilüstrasiya.

-

Noyabrın 30-da axşam saatlarında qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu gizir Fariz Novruzov həlak olub.

Fakt üzrə Hərbi Prokurorluq tərəfindən hadisənin baş verməsi şəraitinin müəyyən edilməsi üzrə araşdırma aparılıb.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

«Araşdırmanın nəticəsi göstərib ki, gizir F.Novruzov düşmən tərəfdən atılan güllənin sapması nəticəsində şəhid olub» - məlumatda deyilir.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan tərəfi regiondakı çətin hərbi-siyasi şəraitdən öz xeyrinə istifadə etmək məqsədilə vəziyyəti bir qədər də gərginləşdirməyə çalışır.

XS
SM
MD
LG