Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyun, Cümə axşamı, Bakı vaxtı 21:33

Lavrov Cavusoglu ilə görüşəcək


Sergei Lavrov

Rusiyanın xarici işlər naziri Sergei Lavrov bu həftə Belqradda türkiyəli həmkarı Mevlut Cavusoglu ilə görüşə hazır olduğunu bildirib.

O bunu dekabrın 2-də Nikosiyada Kiprin xarici işlər naziri Ioannis Kasoulideslə görüşdən sonra deyib.

Dekabrın 3-4-də Belqradda ATƏT ölkələri xarici işlər nazirlərinin görüşü gözlənilir.

Lavrov deyib ki, Mevlut Cavusoglu Belqrad toplantısı çərçivəsində belə bir görüş keçirilməsini təkid edir.

Lavrov qeyd edib ki, o bu görüşdən yayınmayacaq və görək Cavusoglu nə deyəcək.

Türkiyə hərbi-hava qüvvələrinin noyabrın 24-də Suriya sərhədində Rusiyanın SU-24 təyyarəsini vurmasından sonra iki ölkə arasındakı münasibətlər gərginləşib.

Ankara təyyarənin onun hava hüdudlarını pozduğunu deyir.

Rusiya isə təyyarənin Suriya ərazisində vurulduğunu deyir. Rusiya buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG