Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 10:59

Lənkəranda saxlanılan dindarlar Bakıya göndərilib


Elman Ağazadə
Elman Ağazadə

-

Noyabrın 29-da Lənkəranda saxlanılan ruhani Elman Ağazadə Bakıya göndərilib.

Bu məlumatı AzadlıqRadiosuna Lənkəran rayon Polis İdarəsinin növbətçisi verib.

Lənkərandan verilən məlumata görə, polis hələ noyabrın 26-da Elman Ağazadəni həbs etmək istəyib. Bundan ötrü Lənkərandakı Həzrəti Abbas məscidinə gələn polisləri dindarlar etirazla qarşılayıblar.

Məsciddə olan tərəfdarları Elman Ağazadənin saxlanılmasına imkan verməyiblər. İşə Lənkəran rayon icra aparatın nümayəndələri qarışıblar. Danışıqdan sonra bildiriblər ki, heç kim həbs olunmayacaq. Ancaq bu hadisədən 3 gün sonra həm Elman Ağazadə və həm də qardaşı Nizami saxlanılıb. Həbsin səbəbləri barədə rəsmi məlumat verilmir.

Elman Ağazadə Lənkəran rayonun Digah kəndindəndir. İstər bu kənddə, istərsə də rayon mərkəzində hazırda dindar kəsimdən olan insanlar arasında narahatlıqların olduğu bildirilir.

XS
SM
MD
LG