Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Aprel, Bazar ertəsi, Bakı vaxtı 19:20

İlham Əliyevin Naxçıvana səfəri başa çatıb


İlham Əliyev və Vasif Talıbov

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 1-də Naxçıvan Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.

Naxçıvan Günəş Elektrik Stansiyasında il ərzində 30 milyon kilovatdan çox elektrik enerjisi istehsal olunacaq.

Prezident. Az saytının məlumatına görə, İlham Əliyev Naxçıvan Dövlət Energetika Agentliyinin əməkdaşları və bu layihələri həyata keçirən Belçikanın “Soltech” şirkətinin nümayəndəsi ilə görüşüb.

Prezident həmçinin Naxçıvan Sənaye Kompleksinin açılışında iştirak edib. Bu kompleksin ümumi sahəsi 9 hektardır və özündə 4 zavodu birləşdirir.

Bundan sonra İlham Əliyev beton istehsal edən zavoddakı şəraitlə tanış olub və müəssisəni işə salıb.

Prezident həmçinin Sənaye Kompleksi, Naxçıvan şəhərdaxili su şəbəkəsi, xəstəxana və

2 saylı uşaq musiqi məktəbinin açılışında da iştirak edib.

İlham Əliyevin Naxçıvana səfəri başa çatıb.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG