Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 20:41

Noyabrda İraqda 888 nəfər öldürülüb


Foto arxiv

BMT-nin məlumatına görə, təkcə noyabrda İraqda 888 nəfər öldürülüb.

Oktyabrda isə ölkədə törədilən hücum və zorakılıqlarda 714 nəfər ölüb.

Təşkilatın dekabrın 1-də yaydığıhesabata görə, noyabrda ölənlərdən 489-u mülki şəxslər və polislərdir.

Qalan 399 nəfər isə təhlükəsizlik əməkdaşları, kürd döyüşçülər və İraq ordusu tərəfindən vuruşan könüllülərdir.

Amma bu hesabata Anbarda ölənlər salınmayıb.

Çünki hazırda bu əyalətin böyük bir hissəsi “İslam Dövləti” qrupunun nəzarətində olduğundan BMT-nin əməkdaşları ora baş çəkə bilmirlər.

XS
SM
MD
LG