Keçid linkləri

2024, 25 İyul, Cümə axşamı, Bakı vaxtı 05:48

Gənc dirijor Macarıstanda qalib olub


Orxan Haşımov
Orxan Haşımov

-

Budapeştdə dünya miqyasında tanınan macar - amerikan bəstəkarı və dirijor Antal Dorati (1903-1988) adına Beynəlxalq Dirijorluq Müsabiqəsinin qalibi bəlli olub.

Macarıstanın Azərbaycandakı səfirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə,münsiflər heyətinin yekdil qərarı ilə birinci yeri Orxan Haşımov (Azərbaycan) və Olivier Ochanine (Fransa), ikinci yeri isə Joost Smeets (Hollandiya) tutub. Üçüncü mükafat verilməyib.

Ferens List Musiqi Akademiyasının professoru, məşhur pianoçu və dirijor Tamás Vásáry-nin rəhbərlik etdiyi, tərkibinə İtaliya, Fransa, Polşa musiqiçiləri daxil olan münsiflər heyəti dünyanın müxtəlif ölkələrindən gəlmiş 30 ifaçının musiqi duyumunu və dirijorluq məharətini qiymətləndirib.

Budapeştdəki italyan Mədəniyyət Mərkəzinin Giuseppe Verdi zalında keçirilən yekun konserti qalibləri müəyyən etməyə imkan yaradıb.

Müsabiqə iştirakçıları MAV Budapeşt Simfonik Orkestrinin müşayiəti ilə P.I.Tchaikovsky-nin, C.Debussy-nin, B.Bartók-un, A.Portera-nın və J.Brahms-ın əsərlərini səsləndiriblər.

Gənc azərbaycanlı dirijor temperamentli ifa tərzi və yüksək artistizmi ilə də tamaşaçıların böyük rəğbətini qazanıb.

Orxan Haşımov 1995-ci ildə Bakıda doğulub.

Hazırda P.I.Tchaikovsky adına Moskva Dövlət Konservatoriyasında təhsil alır. Tez-tez Rusiya paytaxtında klassik musiqi konsertlərinin dirijoru kimi çıxış edir.

Müsabiqənin qalibinə diplom və pul mükafatı təqdim edilib.

Orxan Haşımov 2016-2017-ci ildə Budapeşt Simfonik Orkestri ilə Macarıstan paytaxtında və məşhur Esterhazi qəsrində, «İtalyan virtuozları» silsiləsindən Verona simfonik orkestri ilə İtaliyada (Verona), Frédéric Chopin adına Polşa-Baltika filarmoniya ansamblı ilə Polşada (Qdansk) konsert proqramları ilə çıxış etmək üçün dəvət alıb.

Qalib statusu eyni zamanda gənc musiqiçinin qarşısında İncəsənət xadimlərinin Beynəlxalq agentliyi ilə əməkdaşlıq üçün yeni imkanlar açıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG