Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 18:45

Fələstinli öldürülüb


Fələstində İsrailə qarşı aksiya, oktyabr, 2015-ci il

-

İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində bir nəfəri bıçaqlamaq istəyən fələstinlini qətlə yetirib.

İsrail polisi insidentin dekabrın 1-də, iki aydır zorakılıqlar davam edən ərazidə baş verdiyini bildirir.

Oktyabrın 1-dən fələstinlilərin bıçaq hücumları, atışmalarda 19 israilli və bir ABŞ vətəndaşı öldürülüb. İsrail qüvvələri isə 96 fələstinlini qətlə yetirib. Onların çoxunun yeniyetmələr olduğu, hücumları həyata keçirdiyi bildirilir.

İsrail hücumlara görə Fələstin liderlərinin, eləcə də sosial mediadakı qızışdırıcı çıxışları ittiham edir.

Fələstinlilər bildirir k, hücumlar illərdir sülh cəhdlərinə baxmayaraq, müstəqilliyə ümidin kəsilməsindən qaynaqlanır.

XS
SM
MD
LG