Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:26

Türkiyədə generalların səs-küylü həbsi


Jurnalist Can Dundar həbs edilir, 26 noyabr
Jurnalist Can Dundar həbs edilir, 26 noyabr

►Suriyaya keçən maşınlar kimə yük daşıyıb?

2014-cü ildə Suriyaya silah daşıyan yük maşınlarının yoxlanmasında iştirak etdiklərinə görə iki general və istefada olan bir polkovnik casusluq və terrorizm ittihamları ilə həbs ediliblər.

Ankara jandarm idarəsinin regional kamandiri, general-mayor İbrahim Aydın, Adana jandarm idarəsinin keçmiş regional komandiri, briqada generalı Hamza Celepoğlu və jandarm idarəsinin kriminal laboratoriyasının keçmiş rəhbəri, polkovnik Burhanettin Cihangiroğlu keçən şənbə saxlanaraq İstanbul məhkəməsinə veriliblər. İstanbulun İkinci Sülh Məhkəməsi bazar ertəsi hər üç şəxs haqqnda həbs qərarı çıxarıb.

Aydın və Cihangiroğluna qarşı "gizli məlumatın siyasi və hərbi casusluq məqsədilə əldə edilməsi, dövlət təhlükəsizliyinə aidiyyatı olan gizli məlumatın casusluq məqsədilə açıqlanması, Türkiyə Cümhuriyyətinin hökumətini dağıtmağa, yaxud fəaliyyətini əngəlləməyə cəhd, habelə terrorçu təşkilatın yaradılması və idarə edilməsi” ittihamları irəli sürülüb. Celepoğluna qarşı isə yalnıız son iki ittiham irəli sürülüb.

Bu şəxslər Suriyaya gedən yük maşınlarının yoxlanmasına görə həbs ediliblər. Sözügedən yük maşınlarının silah daşıdğı bildirilir. Axtarış zamanı həmin maşınların Milli Kəşfiyyat Təşkilatına (MİT) məxsus olduğu aşkar edilib.

Buna da bax: Baş psixiatr kredit borcuna görə intiharları şərh edir

Maşınlar kimə yük daşıyıb?

Suriyadakı türkmən döyüşçülər
Suriyadakı türkmən döyüşçülər

İlk belə yoxlamanın 2014-cü il yanvarın 1-də Hatayda həyata keçirildiyi və daha sonra eyni ayda daha üç yük maşınının yoxlandığı bildirilir.

Recep Tayyip Erdoğan axtarış barədə məlumat ictimailəşəndən sonra bir TV proqramında bildirmişdi ki, həmin maşınlar Suriya türkmənləri üçün yardım daşıyırdı. O xüsusən də yük maşınlarında aparılan axtarışın videoya çəkilməsini tələb edən prokurora qəzəblənmiş və bu axtarşı “xəyanət” adlandırmışdı.

Həmin vaxt baş nazir olan Recep Tayyip Erdoğan axtarış barədə məlumat ictimailəşəndən sonra bir TV proqramında bildirmişdi ki, həmin maşınlar Suriya türkmənləri üçün yardım daşıyırdı. O xüsusən də yük maşınlarında aparılan axtarışın videoya çəkilməsini tələb edən prokurora qəzəblənmiş və bu axtarşı “xəyanət” adlandırmışdı.

O zaman xarici işlər naziri olan Ahmet Davutoğlu da maşınlardakı yükün özlərini müdafiə etməli olan Suriya türkmənlərinə göndərilən humanitar yardım olduğunu demişdi.

Lakin Suriya Türkmən Birliyinin sədr müavini Hussein al-Abdullah 2014-cü ilin yanvarında Türkiyədən onlara heç bir yük maşını gəlmədiyini demişdi.

Buna da bax: Kinoteatrların gizli tərəfləri- [Araşdırma]

Jurnalistlərə qarşı casusluq ittihamı

Gündəlik “Cümhuriyyət” qəzetinin iki jurnalisti, baş redaktor Can Dündar və Ankara nümayəndəsi Erdem Gül keçən həftə yük maşınlarının hökumətin dediyi kimi humanitar yardım deyil, məhz silah daşıdığını göstərən görüntülər dərc etdiklərinə görə həbs ediliblər.

Erdoğanın özü ictimaiyyət qarşısında bu xəbərin Dündara “baha başa gələcəyini” bəyan edib. O bununla kifayətlənməyib Dündarı şəxsən məhkəməyə verib və ona ömürlük həbs cəzası və əlavə 42 il iş verilməsini istəyib. Onlara qarşı casusluqdan tutmuş hökuməti devirmək və gizli məlumatın açıqlanmasına qədər bir çox ittiham irəli sürülüb.

Adıçəkilən generallar bu iş üzrə həbs edilən yeganə hüquq-mühafizə işçiləri deyil. Artıq beş prokurora ömürlük həbs cəzası verilməsi barədə ittiham aktı təsdiq edilib. Onların işinə Ali Apellyasiya Məhkəməsi baxır, çünki o, Türkiyədə hakimləri və prokurorları dindirə bilən yeganə dövlət qurumudur.

Generalların həbsində İran izi

Al-Jazeera Turk saytı isə xəbər verib ki, adıçəkilən iki general İranın dəstəklədiyi xəfiyyə şəbəkəsi olan “Tawhid Salam”ın işi üzrə dindirilən, şərti adı “Alparslan” olan bir anonim şahidin ifadəsi əsasında həbs edilib.

Alparslan “Tawhid Salam”la bağlı ifadəsində deyib ki, yük maşınlarının yoxlanmasından əvvəl generallar iclas keçirərək bu işi planlaşdırıblar və “Suriyanın daxilindəki terrorçu qruplaşmalara sulah ötürülməsinə göz yuma bilməyəcəklərini” deyiblər.

Generallar məhkəməyə yük maşınlarının kimə məxsus olduğunu və yükün nədən ibarət olduğunu bilmədiklərini demişdilər.

XS
SM
MD
LG