-
Erməni silahlı bölmələri Azərbaycan ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusunu yaralayıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, əsgər Bəhruz Nəsibov sol qolundan yüngül yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı əsgər tibb müəssisəsinə təxliyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.