Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:42

Nyu York Məclisinin spikerinin adı milyonlarla rüşvət qalmaqalında hallanır


Nyu York
Nyu York

-

Prokuror Nyu Yorkdan olan nüfuzlu siyasətçilərdən birinin illərdir ki, ictimaiyyətdən aldatma yolu ilə necə rüşvət almasından məhkəmədə danışıb.

Nyu-York Məclisinin spikeri, ştatın ən nüfuzlu siyasətçilərindən olan Sheldon Silver-dən gedir. O, hələ bu ilin əvvəlində korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə saxlanmışdı. Demokratlar partiyasından olan Silver 1994-cü ildən Məclisə rəhbərlik edir.

İttihama görə, onun bir neçə il ərzində topladığı rüşvət 4 milyon dolları keçir.
“Onun rüşvətlə bağlı bütün iç üzü bu məhkəmədə açıldı” – deyə Nyu York federal məhkəməsində prokuror Andrew Goldstein bildirib.

Silver-in vəkili Steven Molo isə deyib ki, prokuror vəziyyəti sadəcə kriminallaşdırır.

“Bu, aksiomadır, sübuta ehtiyacı yoxdur” –deyib Molo.

Arxiv fotosu
Arxiv fotosu

Silver-in Senatda həmkarı, çoxluğun keçmiş lideri Dean Skelos-un da adı eyni məhkəmədə rüşvət qalmaqalında keçir.

71 yaşlı Silver və 67 yaşlı Skelos həbslərindən sonra yüksək rütbəli vəzifələrindən istefaya göndəriliblər, amma hələ də onların qanunverici kimi fəaliyyətləri davam edir.

MÜŞTƏRİ QARŞILIĞINDA MÜKAFAT

Prokuror Goldstein-in dediyinə görə, Silver dövlət qrantından xərçəng tədqiqatçısı Robert Taub-a 500 min dollar həcmində mükafat verib, Taub isə öz xəstələrini Silver-in hüquq firmasına cəlb edib. Prokurorun iddiasına görə, Silver firmadan milyonlarla dollar haqq əldə edib.

Silver-in vəkili Molo isə deyir ki, Taub-un öz ifadəsində bildirdiyinə görə, onlar bir-birinə dostluq münasibətləri çərçivəsində kömək ediblər, aralarında hər hansı qrant pul müqaviləndə heç bir razılaşma olmayıb.

Silver başqa bir hüquq firmasına aid əmlakı mənimsəməklə 700 min dollar rüşvət əldə etməkdə də ittiham olunur. Prokurorun dediyinə görə, o bu pulu vergiləri azaltmaq müqabilində alıb.

Məhkəmə heyətinin ittihamlarla bağlı müzakirəyə gələn həftə başlayacağı gözlənir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG