Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 19:25

Eşitmə əngəllilərin səsi olacaq


Karların dili.
Karların dili.

-

Eşitmə əngəlli insanlarla normal insanlar arasındakı ünsiyyət baryerinə yeni texnologiya sayəsində son verilə bilər. A&M Texas Universiteti eşitmə əngəlli insanların üzərində gəzdirəcəyi qurğu hazırlayırlar. Daha doğrusu, onu təkmilləşdirməyə çalışırlar.

Eşitmə əngəllilər jestlə fikirlərini ifadə edəcək, bu dili bilməyənlərsə, qurğu sayəsində onları eşidə, anlaya biləcəklər.

Bu qurğuda jestləri fiksə edən sensorlar sistemi yerləşdirilib. Bundan başqa, qurğu elektromioqrafiya və ya əlimizlə yazma zamanı əzələlərin biləyə verdiyi EMG siqnallarını da yadda saxlayır.

«Biz biləkdə qeydə alınan əzələ fəaliyyətlərini deşifrə edirik. Onlardan bəzisi dolayı yolla barmaqlardan gəlir. Çünki mənim yumruğumun bir vəziyyəti ilə başqa bir vəziyyəti arasında əzələ fəaliyyəti bir birindən az fərqlənə bilər». Bu sözləri A&M Texas Universitetinin biotibbi mühəndislik üzrə dosenti Roozbeh Jafari deyir. Jafari-nin söylədiyi fərqliliklər tədqiqatçılar üçün böyük problemdir. Qurğunun incə şəkildə tənzimlənməsi, yəni jestlərin dəqiq ifadəsi üçün mürəkkəb alqoritmlər tələb olunur. Həmin alqoritmlər müxtəlif siqnalları dəqiq və real zamanda çevirmək və emal etmək funksiyasını yerinə yetirir.

70 MİLYON KAR İNSAN

Başqa bir problem odur ki, insanların siqnalları dəqiq olaraq üst-üstə düşmür. Ona görə də sistem elə dizayn edilib ki, öz istifadəçisini öyrənib ona uyğun tənzimlənsin.

Doktor Jafari əlavə edib ki,qurğunu birinci dəfə taxanda o, müəyyən dəqiqlik dərəcəsi ilə işləyir. Amma sistem zamanla istifadəçinin davranışını daha çox tədqiq edir və özünün adaptiv öyrənmə modeli vasitəsilə onunla vəhdət təşkil edir.

Hal-hazırda jestlər dilinin tərcüməsini Bluetooth-la kompüterə və ya smartfona göndərmək üçün qurğu təcrübədən keçirilir.

Bir az irəli gedərək onu deyək ki, tədqiqatçılar qurğunun miniatürləşdirilməsinə, yəni saat kimi biləkdə gəzdirilməsinin mümkünlüyünə və yalnız sözləri deyil, bütöv cümləni şifrələşdirən proqramın yaradılmasına çalışırlar.

Bundan başqa, onlar istəyirlər ki, qurğunu spikerin sintetik səsi ilə təchiz etsinlər və dünyadakı potensial 70 milyon kar insana yeni səs versinlər.

XS
SM
MD
LG