Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 05:16

-

Türkiyə sahillərində batmış suriyalı körpə Aylan Kurdi-nin ailəsinə Kanadaya buraxılış üçün icazə verilib.

Bu barədə onun Vankuverdə yaşayan bibisi xəbər verib. Tima Kurdi-nin Kanadanın CBS televiziyasına verdiyi məlumata görə, Aylan-ın əmisi 5 uşağı ilə birlikdə tezliklə Vankuverə gələcəklər.

3 yaşlı Aylan bu ilin sentyabrında anası və 5 yaşlı qardaşı ilə birlikdə batmışdı. Onun ailəsi Yunanıstanın Kos adasına getməyə cəhd edirdi. Mətbuatın yaydığı fotolarda körpənin sahil qumlarına batmış sifətişok yaratdı. Bu şəkil Suriya didərginlərinin bədbəxt həyatlarının simvoluna çevrildi.

Yüzlərlə qaçqın Avropaya keçmək ümidi ilə yola çıxsa da, dənizdə bataraq ölüb.

Türk mediası iki miqrant qayığının Türkiyədən Yunanıstana üzərkən Egey dənizində batmasından və 6 uşağın boğulması haqda xəbər yaymışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG