Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 01:41

Nazirdən avtomobil alan əlillərə xəbərdarlıq


«NAZ Lifan»
«NAZ Lifan»

-

Əlillər və müharibə veteranları bəzən nazirliyin onlara verdiyi avtomobilləri dövlət nömrə nişanı almadan idarə edirlər. «Report» xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, əlillik dərəcəsindən istifadə edən bəzi şəxslər qanuna məhəl qoymadan şəhərdə dövlət nömrə nişanı olmadan avtomobil sürürlər: «Bu cür vəziyyət daha çox dövlət tərəfindən əlillərə verilən «NAZ Lifan» avtomobillərində müşahidə edilir. İstənilən belə avtomobil DYP tərəfindən saxlanılaraq cərimə edilməlidir».

S.Müslümov həmçinin əlavə edib ki, avtomobillər əlillərə verildikdən sonra onlar sənədlərini götürüb aidiyyəti üzrə Dövlət Yol Polisinə gedərək dövlət nömrə nişanı almalıdırlar.

XS
SM
MD
LG