Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 23:20

Taxta gəmini fırtınalı dənizdən qurtaran baş nazir


Fətəli Xan Xoyski
Fətəli Xan Xoyski

-

İz - Taxta gəmini fırtınalı dənizdən qurtaran baş nazir
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

Cümhuriyyətin ilk baş naziri -1918-ci il mayın 28-də Azərbaycan istiqlalını elan edən Fətəli Xan Xoyskinin (Xoylunun) 140 yaşı tamam olur.

AzadlıqRadiosunun «İz» proqramı bu tarixi yubiley şərəfinə «Cümhuriyyət fədailəri» silsiləsindən Fətəli xana həsr olunmuş verilişini diqqətə yetirir.

NƏSİL AĞACI

Fətəli xan Xoyski 1875-ci il noyabrın 25-də (dekabrın 7-də ) Şəkidə doğulub.

Xoyskilərin Azərbaycan tarixində önəmli yeri var. Onun babası rus ordusunda general-mayor, atası general-leytenant olub.

Xan Xoyskilər əvvəl Xoy xanlığında, sonra da köçdükləri Şəki xanlığında hökmdar olublar.

Fətəli xanın babaları İran Azərbaycanından Şəkiyə XIX əsrin əvvəllərində gəliblər.

Ruslar qiyamçı Səlim xan Şəkinskini xanlıqdan uzaqlaşdırıb, yerinə Xoyskiləri gətiriblər.

Xoyskilər nəslindən ilk Şəki xanı - Cəfərqulu xan Xoyski orda yeni bir şəcərə yaradıb.

Fətəli xanın atası İskəndər xanın övladları da hərbçi olublar.

VERİLİŞDƏ HANSI SUALLARA CAVABLAR VAR?

- Fətəli xan ilk təhsilini harada alıb?

- Harada çalışıb və necə olub ki, siyasi fəaliyyətə qoşulub?

- Fətəli xan Rusiya Dövlət Dumasında müsəlman xalqlarının mənafeyini necə qoruyub?

- O, Bakı Dövlət Dumasının sədri kimi hansı işləri görüb?

- F.Xoyski cümhuriyyət quruculuğuna necə qatılıb?

- Fətəli xan, ilk baş nazir kimi, «taxta gəmini fırtınalı dənizdən necə salamat çıxarıb» (Üzeyir Hacıbəyli)?

- Cümhuriyyət baş naziri general Thomson-a hansı məşhur cavabı verib?

- Bolşevik işğalından sonra Xoyski ailəsinin başına nələr gəlib?

- Fətəli xan harada, kimin və nəyin qurbanı olub?

- Və nəhayət, Fətəli xanın həyatının ən xoşbəxt anları hansılardır?

Noyabrın 29-da saat 23-də «İZ»ə düşün.

Cümhuriyyət tarixinin şanlı səhifələrini bir daha vərəqləyək.

Azərbaycan Cümhuriyyətinin ilk baş nazirini 140 yaşının tamamında yad edək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG