Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 06:29

Dərbənddəki türk mədrəsəsində reyd keçirilib


Foto arxiv

Dağıstan polisi Dərbənd şəhərindəki türk Mədrəsəsində reyd keçirib.

Şimali Qafqaz Federal Dairənin daxili işlər nazirliyindən verilən məlumata görə, mədrəsənin direktoru saxlanıb.

Məlumata görə, Mədrəsədən “İslam Dövləti” nin tərəfindən vuruşmağa şağıran videomateriallar götürülüb.

Mədrəsənin direktoru Tabasaransk rayon sakinidir.

Ona qarşı cinayət işi açılacağı gözlənilir.

Daxili işlər nazirliyi bu mədrəsənin fəaliyyətinin hələ bu ilin martından dayandırıldığını deyir.

XS
SM
MD
LG