-
Türkiyənin baş naziri Ahmet Davutoğlu Azərbaycana səfər edəcək.
«Report» xəbər verir ki, bu barədə Türkiyənin xarici işləri naziri Mevlüt Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Bakıdakı görüşü zaman bildirib.
M.Çavuşoğlu-nun dediyinə görə, baş nazirin Bakıya səfəri dekabrın 3-nə nəzərdə tutulub.
Səfər çərçivəsində A.Davutoğlu bir sıra rəsmi görüşlər keçirəcək. Həmin görüşlərdə ikitərəfli əməkdaşlıq, regional və dünya əhəmiyyətli məsələlər müzakirə olunacaq.
Bu, Ahmet Davutoğlu-nun Türkiyə hökumətinin yeni tərkibinin təsdiq edilməsindən sonra ilk rəsmi səfəri olacaq.