Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 00:53

Türkiyə Suriyada uçuşları dayandırdı


Foto illüstrasiya

-

Türkiyə hərbi təyyarələrinin Suriya üzərində uçuşlarını dayandırıb. Söhbət İslam Dövləti silahlı qruplaşmasına qarşı ABŞ koalisiyası çərçivəsində uçuşlardan gedir.

Hürriyyet Daily News qəzetinin məlumatına görə, qərar Rusiya ilə birgə verilib. Rusiya da Suriyanın Türkiyə ilə sərhədində uçuşları dayandırıb.

Tərəflər faciəvi insidentlərin təkrarlanmasını əngəlləməyə çalışırlar. Belə ki, noyabrın 24-də Türkiyə Su-24 bombardmançısının hava sərhədini pozduğunu deyərək vurub.

Rusiya bu ittihamı rədd edir və Ankaradan üzrxahlıq gözləyir. Türkiyə prezidenti Recep Tayyip Erdogan isə bundan imtina edib.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG