Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 14:05

Hacı Şahin nardaranlılara müraciət etdi


Hacı Şahin Həsənli
Hacı Şahin Həsənli

-

«Mən Nardaran əhalisinə demək istəyirəm ki, ayıq-sayıq olsunlar, hər hansı xarici dövlətin, xarici qüvvələrin təhriki ilə Azərbaycanda dini dövlətə qarşı qoymaq cəhdlərinə qətiyyətlə yox desinlər».

Bunu APA-ya açıqlamasında Nardaran hadisələrinə münasibət bildirən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, «Məşhədi Dadaş» məscidində imam-camaatı Hacı Şahin Həsənli deyib.

O bildirib ki, din-dövlət münasibətlərinin möhkəm təməllər üzərində qurulması vacibdir, Azərbaycan isə nadir ölkələrdəndir ki, burada tarixən din, məzhəb zəminində qarşıdurma olmayıb: «Belə şəraitdə Azərbaycanda bu sabitliyi pozacaq hər hansı əməldən çəkinmək lazımdır. Kiminsə kimdənsə narazılığı varsa da, məsələlər mütləq qanun çərçivəsində həllini tapmalıdır».

QMİ-nin səlahiyyətlisi bildirib ki, hələ ki, Nardaranda tam olaraq nə baş verdiyini anlamaq olmur: «Əsas məsələ odur ki, Nardaranda baş verən hadisə zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açılıb, günahsız insanlar ölüb. Bunun kim tərəfindən və hansı məqsədlə edilməsindən asılı olmayaraq, hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silah qaldırılması yolverilməzdir və bununla bağlı birmənalı mövqe ortaya qoyulmalıdır».

Noyabrın 26-da Nardaranda silahlı insident baş verdiyi və bu zaman 4-ü mülki vətəndaş, 2-i polis olmaqla 6 nəfərin öldüyü bildirilir. 15-dək şəxsin saxlanıldığı haqda rəsmi məlumat yayılıb.

XS
SM
MD
LG