Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:23

«Azərinşaat»çıların pulu ödəndi


«Azərinşaat»çıların yürüşü - 29 oktyabr 2015.
«Azərinşaat»çıların yürüşü - 29 oktyabr 2015.

-

«Azərinşaat» MMC-nin əməkdaşları 4 aylıq əmək haqlarını ala biliblər. Şirkətin onlara ödəməli olduğu məbləğ noyabrın 27-də bank hesablarına oturub.

Bu haqda AzadlıqRadiosuna «Azərinşaat»ın əməkdaşlarından biri Rüstəm Musayev məlumat verib.

Onun dediyinə görə, onlara işləmədikləri son iki aya görə təzminat ödənəcəyini də bildiriblər: ««Azəryolservis»dən dedilər ki, nəyiniz varsa, hesablayın, biz də verək. Bu haqda müzakirələri noyabrın 30-da aparacağıq. İşlədiyimiz 4 ayın pulunu isə tam aldıq».

«Azərinşaat» MMC-nin əməkdaşları maaşlarını ala bilmək üçün bir neçə dəfə etiraz yürüşü və oturaq aksiyalar keçiriblər. Müxtəlif dövlət qurumlarına, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək məsələnin həllini istəyiblər.

APA-nın məlumatına görə, Xidmətin işə qarışmasından sonra «Azərinşaat» MMC-nin işçilərinə olan 2 milyon 362 min 875 manat borcu ödənilib.

«Azərinşaat» MMC-nin rəhbəri bir müddətdir həbsdədir və iflas etdiyi bildirilir. Buna görə də işçilər məvaciblərini sifarişçinin – «Azəryolservis»in ödəməsini tələb edirdilər.

XS
SM
MD
LG