-
Malidə təhlükəsizlik qüvvələri ötən həftə otelə hücuma görə 2 şübhəlini saxlayıb.
Həmin şəxslər dindirilib, ancaq 20 noyabr hücumunda hansı rolu oynadıqları bəlli deyil.
Paytaxt Bamakoda dəbdəbəli otelə hücumda 20 nəfər həlak olmuşdu.
Otelin mühasirəsi zamanı 170 nəfər girov götürülmüşdü. 9 saatlıq mühasirəni Mali və beynəlxalq qüvvələr yarıb.
Hücuma görə məsuliyyəti iki ekstremist qrup üzərinə götürüb.
2013-cü ildə islamçı ekstremistlər ölkənin şimalını tutandan və mərkəzi hökuməti hədələyəndən sonra Fransa Maliyə qüvvələrini yerləşdirib.