Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:11

“Qəbələ” Yunanıstandan 1 xalla döndü


Arxiv fotosu
Arxiv fotosu

-

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Azərbaycanın “Qəbələ” komandası səfərdə Yunanıstanın “PAOK” klubu ilə qarşılaşıb.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunda qol vurulmayıb.

“C” qrupunda keçirdiyi beş oyundan sonra iki xal toplayan "Qəbələ" sonuncu sırada qərarlaşıb.

Noyabrın 26-da Rusiyada keçirilən oyunda “Krasnodar”a 0:1 hesabı ilə məğlub olsa da, hesabında 10 xal olan Almaniyanın “Borussiya” komandası qrupda ilk pillədəki yerini qoruyub. Bu matçdan sonra xallarının sayını 10-a çatdıran Rusiya klubu isə qrupda ikinci pilləyə yüksəlib. Hər iki komanda Avroliqanın növbəti mərhələsinə vəsiqə qazanıblar. “PAOK” isə 4 xalla qrupda üçüncü yerdə qərarlaşıb.

Avroliqada növbəti mərhələyə yüksəlmək imkanlarını itirən Azərbaycan çempionatının bürünc mükafatçısı qrupdakı son oyununda “Krasnodar”-ı qəbul edəcək. Görüş dekabrın 10-da keçiriləcək.

XS
SM
MD
LG