Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Fevral, Cümə, Bakı vaxtı 11:36

Rusiya duması soyqırım kartına əl atdı


Sergei Mironov

Rusiyanın Dövlət Dumasına noyabrın 25-də “erməni soyqırımı”nın inkar edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi təqdim edilib.

“RİA Novosti” nin məlumatına görə, bu barədə “Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironov məlumat verib.

Qeyd edək ki, Türkiyənin noyabrın 24-də Suriya ilə sərhəd bölgəsində Rusiya təyyarəsini vurmasından sonra iki ölkə arasında gərginlik yaşanır.

Bundan əvvəl isə Türkiyənin Moskvadakı səfirinə hücum edilib.

Etirazçılar səfirliyi daşa basıb,səfirliyin pəncərələri sındırılıb.

Türkiyə təyyarənin ölkənin hava hüdudlarını pozduğunu deyir. Moskva isə bunu inkar edir və təyyarənin Suriya tərəfdə vurulduğunu deyir.

XS
SM
MD
LG