Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Noyabr, çərşənbə, Bakı vaxtı 15:35

Ukraynadan Rusiyaya yeni qadağa


Foto arxiv

Ukrayna Rusiya hava şirkətlərinin ölkə üzərindən tranzit uçuşuna qadağa qoyub.

Bu barədə noyabrın 25-də Ukraynanın baş naziri Arseniy Yatsenyuk məlumat verib.

O hökumətin iclasında çıxış edərkən İnfrastruktur Nazirliyinə bu barədə Moskvaya rəsmi məlumat verilməsini göstəriş verib.

Qeyd edək ki, Kİyevlə Moskva hələ ötən ay iki ölkə arasında hava əlaqəsini qarşılıqlı şəkildə kəsiblər.

Yatsenyuk həmçinin bildirib ki, hökumət Rusiyadan qaz alınmasını qadağan edib.

O bunun səbəbini Avropa qazının Rusiya qazından xeyli ucuz olması ilə izah edib.

Həmçinin Rusiyanın “Qazprom” şirkəti noyabrın 25-dən Ukraynaya qaz verilməsini dayandırıb.

Şirkət Ukraynanı qazpulunu ödəməməkdə günahlandırır.

XS
SM
MD
LG