Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 23:31

Ermənistanın Gümrü şəhərində 7 nəfərlik ailəni qətlə yetirən Rusiya əsgəri Valery Permyakov Ermənistanda mühakimə olunacaq.

Bu barədə noyabrın 24-də “İnterfaks” agentliyi məlumat yayıb.

Gümrüdəki Rusiya bazasının qarnizon məhkəməsi bu ilin avqustunda Permyakovu 10 il azadlıqdan məhrum edib.

O fərrarilik, silah oğurluğu və qanunsuz silah gəzdirməkdə təqsirli bilinib.

Ermənistanda isə o ketləvi qətl törətmə maaddəsi ilə mühakimə olunacaq.

Artıq yaxın vaxtlarda məhkəmənin vaxtı təyin ediləcək.

Permayov 2 azyaşlı uşaq da daxil olmaqla Avetisyan ailəsinin 7 üzvünü bu il yanvarın 12-də qətlə yetirib.

XS
SM
MD
LG