Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 19:01

“Kiyev qaza görə əvvəlcədən ödəniş etmədiyinə görə Moskva Ukraynaya qaz verilməsini dayandıracaq”.

Bunu Rusiyanın energetika naziri Aleksandr Novak noyabrın 24-də deyib.

O həmçinin qeyd edib ki, Krım işıqsız qaldığına görə, Ukraynanın kömürlə təhcizatı da dayandırıla bilər.

Novak qazın artıq bu gün və sabah kəsiləcəyini bildirib və qeyd edib ki, əgər Kiyev Krıma elektrik enerjisini bərpa eləməsə Rusiya siyasi və iqtisadi cavab tədbirləri görə bilər.

Krım artıq bir neçə gündür ki, işıqsız qalıb.

Buna səbəb Ukrayna ərazisindəki elektrik stansiyasının partladılması olub.

Ukraynapərəst fəallar stansiyanın təmir edilməsinə imkan vermirlər.

Ukraynanın baş naziri Arsen Avakov noyabrın 23-də bildirib ki, hazırda sıradan çıxmış 4 ötürücüdən yalnız birini təmir etmək mümkündür.

Günün bütün mövzuları

XS
SM
MD
LG